Ağ Ev İranın nüvə obyektlərinə endirilən zərbələrin uğursuz olduğuna dair yayılan məlumatı təkzib edib
Ağ Evin mətbuat katibi Kerolayn Levit “CNN” kanalının ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrin uğursuz olduğu barədə məqaləsinikəskin şəkildə tənqid edib.
“Dalğatv” “APA”ya istinadən xəbər verir ki, Levit bu barədə “X” hesabında yazıb.
“Bu qiymətləndirmə tamamilə yanlışdır. CNN-ə bunu kəşfiyyat qurumunun aşağı səviyyəli, uğursuz anonim üzvü sızdırıb. Bu məlumatın sızdırılması prezidentin nüfuzuna xələl gətirmək və cəsur qırıcı pilotlarımızı gözdən salmaq cəhdidir,” – Ağ Ev rəsmisi qeyd edib.