ABŞ İranla aparılan danışıqlarda bir sıra “qırmızı xətt”lər müəyyən edib.

Dalğatv xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Vaşinqton üçün əsas prioritet İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

“ABŞ-nin müəyyən ‘qırmızı xətt’ləri var. Buradakı əsas marağımız İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir”, — deyə vitse-prezident qeyd edib.

Cey Di Vens əlavə edib ki, ABŞ Cenevrədə keçirilən danışıqlardan sonra da İranla bağlı mümkün addımlar üçün bütün variantları nəzərdən keçirmək imkanını özündə saxlayır.

Bundan əvvəl “Axios” portalı məlumat yayıb ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son 24 saat ərzində Yaxın Şərq regionuna 50-dən çox F-35, F-22 və F-16 tipli qırıcı təyyarə göndərib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey