Zelenski: Rusiya Ukraynada məqsədlərinə çata bilmədi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin dördüncü ildönümü münasibətilə açıqlama verib.

Dalğatv “ APA”ya istinadən xəbər verir ki, dövlət başçısı Ukraynanın bu müddət ərzində göstərdiyi müqavimətin ölkənin müstəqilliyini qorumaq əzmini nümayiş etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna dövlətçiliyini qoruyub saxlaya bilib və Rusiya qarşıya qoyduğu məqsədlərə nail olmayıb.

“Biz tam əsasla deyə bilərik ki, müstəqilliyimizi müdafiə etdik, dövlətçiliyimizi itirmədik və Putin öz məqsədlərinə çatmadı”, — deyə Zelenski bildirib.

Prezident qeyd edib ki, Rusiya bu müharibədə qalib gəlməyib və Ukrayna sülhün və ədalətin təmin olunması üçün bundan sonra da bütün imkanlarını səfərbər edəcək: “Biz Ukraynanı qoruyub saxladıq və sülhə, ədalətə nail olmaq üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey