DİN: “Bu gün Tbilisidə aksiyalar zamanı ümumilikdə 46 nəfər saxlanılıb”

Müxalifətin bu gün Tbilisidə eyni anda keçirdiyi 3 aksiyada ümumilikdə 46 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, saxlanılan şəxslər “Sərbəst toplaşmaq və ifadə azadlığı haqqında” qanunun hüdudlarından kənara çıxıblar və inzibati binaların girişlərini blok etməyə cəhd ediblər.

Nazirlik, etirazçıları və siyasi liderləri Gürcüstan Konstitusiyasına hörmət etməyə, polislərin fəaliyyətinə mane olmamağa, dinc toplanmanın müəyyən etdiyi qanunlardan kənara çıxmamağa, polisin tələbinə tabe olmağa və ictimai asayişi qorumağa çağırır.

Daxili İşlər Nazirliyi həmçinin, istənilən qanun pozuntusunun qarşısının polis tərəfindən dərhal alınacağını və müvafiq hüquqi tədbir görüləcəyini də xatırladır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey