Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar davam edir

Cenevrədə ABŞ, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar bu gün də davam etdirilir.

Dalğatv APA- xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya nümayəndə heyəti danışıqların keçirildiyi məkana artıq gəlib və görüşlərin növbəti mərhələsi üzrə müzakirələr davam edir.

Qeyd edək ki, ötən gün Cenevrədə keçirilən üçtərəfli danışıqlar dörd saatdan artıq davam edib.

Xatırladaq ki, Cenevrə görüşünə qədər Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli formatda iki raund danışıqlar təşkil olunub. Rusiya tərəfinin açıqlamasına əsasən, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey