Azərbaycan Gürcüstan sərhəddində yeni qayda tətbiq olunacaq…
Yaxın günlərdə Gürcüstan hökuməti tərəfindən quru sərhədlərlə bağlı yeni qayda tətbiq olunacağı gözlənilir.
Bu barədə ölkənin Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında bildirilib.
Baş nazir Giorgi Qaxariyanın tapşırığına əsasən, quru sərhədlərdən Gürcüstana daxilolma rejiminin dəyişdirilməsi üzrə işlər aparılır. Bunun üçün paralel olaraq epidemioloji tendensiyaların monitorinqi həyata keçirilir və vəziyyətin ətraflı təhlilindən sonra müvafiq qərarlar qəbul olunacaq.
Qeyd edək ki, Fevralın 1-dən Gürcüstana səfər edən bütün ölkələrin vətəndaşları koronavirusa qarşı tam peyvəndlənməni sübut edən sənəd təqdim etməklə ölkə ərazisinə daxil ola biləcəklər.
Bundan başqa ölkə vətəndaşları Gürcüstana daxil olarkən “PCR” testin mənfi nəticəsini təqdim etməklə ölkəyə qayıda bilərlər.
Xatırladaq ki, Gürcüstan və Azərbaycan arasında sərbəst gediş-gəliş pandemiya səbəbindən ötən il martın 14-dən dayandırılıb.