Ölkəyə qayıtmaq istəyən vətəndaşların nəzərinə…
Gürcüstana qayıdan Gürcüstan vətəndaşları özləri ilə PCR (koronavirus) testinin nəticələrini gətirərsə karantinə aparılmayacaqlar.
Bu barədə baş nazir Giorgi Qaxaria Koordinasiya Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, özləri ilə PCR (koronavirus) testinin nəticələrini gətirən vətəndaşlar 12 günlük izolasiyaya (ev karantini) göndəriləcək:
“Vətənə qayıdan və özləri ilə PCR testinin neqativ nəticələrini gətirən bütün vətəndaşlarımızın artıq karantində qalmasına ehtiyac qalmayacaq. Onlar sadəcə 12 günlük izolasiyaya göndəriləcəklər. Bu onların yerinə yetirməli olduğu tələbdir. PCR testi gətirməyən vətəndaşlar isə məcburi karantinə göndəriləcəklər”,-deyə baş nazir bildirib.