Gürcüstan Xuan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb
Gürcüstan Venesuela Milli Assambleyasının spikeri Xuan Quaidonu hazırkı dövlət başçısı Nikolas Maduronun əvəzinə bu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.
“Dalğatv” “Report”-a istinadən xəbər verir ki, bunu cümə axşamı Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.
“Gürcüstan Xuan Quaidonu müvəqqəti prezident kimi tanıyır və Venesuela xalqının azadlıq və demokratiya uğrunda mübarizədə səsləndirdikləri bəyanatları alqışlayır”, – deyə Zalkaliani “Twitter” də yazıb.
Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.