Frank-Valter Ştaynmayer: Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir

“Azərbaycanın əsas beynəlxalq ticarət yollarının kəsişdiyi strateji məkana çevrilməsi mühüm əhəmiyyət kəsb edir.” Bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin sözlərinə görə, həm Almaniya, həm də Azərbaycan Mərkəzi Asiya, Uzaq Şərq, Cənub-Qərbi Asiya və Çin ilə iqtisadi-ticarət əlaqələrinin genişlənməsində maraqlıdır.

O, mövcud nəqliyyat marşrutlarının məhdudiyyətlərini və onların işləmə imkanlarını nəzərə alaraq, Orta Dəhlizin Almaniya üçün perspektivli istiqamət olduğunu vurğulayıb. Ştaynmayer həmçinin bildirib ki, Cənubi Qafqazda siyasi sabitlik davam etdikcə bu marşrutun əhəmiyyəti daha da artacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey