Azərbaycanlı yanğınsöndürən: “Türk qardaşlarımız üçün əlimizdən gələni edirik”

Türkiyənin Marmaris rayonunda baş verən meşə yanğınının söndürülməsinə dəstək olmaq üçün Azərbaycandan yollanan 40 nəfərlik axtarış-xilasetmə və yanğınsöndürmə qrupu Datça magistral yolundakı meşə sahəsində işə başlayıb.

Bu barədə Demirören Haber Ajansı (DHA) görüntülər paylaşıb.

Kadrlarda azərbaycanlı yanğınsöndürənlərin alovlarla mübarizəsi əks olunub. Komanda üzvlərindən Kamil Dilavərov vəziyyətin çox pis olduğunu, amma türk qardaşlarımız üçün əllərindən gələni etdiklərini bildirib.

“Bura bizim doğma məmləkətimizdir, heç bir yadlıq hiss eləmədik. Ümid edirəm, vəziyyət sizin üçün daha yaxşı olacaq”, – deyə o bildirib.

İqbal adlı yanğınsöndürən isə qardaş ölkədə yanğının öhdəsindən gələcəklərini inamla bildirərək, türk xalqına keçmiş olsun diləklərini çatdırıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey