Baş nazir Türkiyəyə səsləndi: “Gürcüstan hər cür yardım göstərməyə hazırdır”

“Türkiyədə baş verən meşə yanğınında həlak olanların ailələrinə başsağlığı diləyirəm”.

Bu sözləri baş nazir İrakli Qaribaşvili deyib.

Ölkə başçısı qeyd edib ki, Gürcüstan hökuməti qonşu Türkiyəyə hər cür yardım göstərməyə hazırdır:

“Dost və strateji tərəfdaşımız olan Türkiyənin cənub bölgələrində genişmiqyaslı meşə yanğınları ilə bağlı məlumatları diqqətlə izləyirik. Yanğında ölən insanların yaxınlarına və Türkiyəyə dəyən ziyana görə dostumuz Türkiyəyə səmimi başsağlığı verirəm. Gürcüstan bu sınaq zamanı Türkiyə hökuməti və xalqı ilə həmrəy olduğunu bildirir. Gürcüstan hökuməti adından qonşu Türkiyəyə hər cür kömək göstərməyə hazıram”, – deyə İ. Qaribaşvili bildirib.

Qeyd edək ki, Türkiyədə yanğınlar nəticəsində 6 nəfər həyatını itirib. Hazırda Antalya, Muğla, Mersin, Adana və Osmaniye vilayətləri fəlakət bölgələri elan edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey