Prezidentin gözlənilən brifinqi baş tutdu…

Ölkə prezidenti Salome Zurabişvili Orbeliani Sarayında brifinq keçirib.

Zurabişli birifinq zamanı 19 aprel tarixində ölkənin iqtidar və bir neçə müxalifət partiyasının imzaladığı müqavilədən danışıb.

Prezident, sözügüdən sənəddən imtina etmək kimi bir məsuliyyətin altına girməyəcəyini bildirib:

“Ölkədəki siyasi proseslərin dalana dirəndiyi bir vaxtda Avropa İttifaqının məsələdə iştirakına zəmin yaratdığım üçün, fəxr edirəm.

Mən tərəflərin razılaşdığı sənədin müddiaları ilə bağlı məsuliyyəti üzərimə götürə bilmərəm və onu sıfırlaya da bilmirəm.

Dünən hər kəsi dinlədim və mən sənəd əsasında parlamentə daxil olan partiyaların məsuliyyətli yanaşmasına diqqət çəkmək istəyirəm. Onlar sənədlə bağlı işləyirdilər və indi də işləyirlər. Buna görə onların hər birinə təşəkkür etmək istəyirəm. Sənədin ilkin məqsədlərini tamamladığına dair onların düşüncələrini qəbul edirəm. Ölkədə siyasi böhran sona çatdı, stabillik mövcuddur, çoxpartiyalı parlament formalaşdı və siyasi proseslər küçədən parlamentə daşındı. Yeni seçki kodeksi qəbul etdik və ümid edirəm ki, bairerin aşağı çəkilməsi barəsində də razılığa gəlinəcək. Bu isə parlamentdə yeni partiyaların görünməsinin ilkin mərhələsi olacaq”, – deyə prezident əlavə edib.

Salome Zurabişvili həmçinin çıxışı zamanı beynəlxalq tərəfdaşlardan oktyabrda baş tutacaq seçkilərdə çox sayda müşahidəçinin iştirak etməsi üçün, müraciətlər olunduğunu bildirib. O, qeyd edib ki, ölkədə demokratik və ədalətli seçkilər keçirilməlidir.

Prezident nitqində heç kimin Avropaya inteqrasiyada Gürcüstana nə daxildən, nə də xaricdən zərər verə bilməyəcəyini və bunun üçün əlindən gələni edəcəyini bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey