İranlı generalın qətlindən sonra ABŞ Yaxın Şərqə 3500 əsgər göndərdi

ABŞ-ın 82-ci Hava Hücum Diviziyasından Yaxın Şərqdə 3 min 500 əsgərin göndərildiyi iddia edilir. Bu barədə ABŞ-ın güc strukturlarına istinad edən NBC News televiziyası məlumat yayıb.

Qoşunların harada yerləşdiriləcəyi ilə bağlı təfərrüatlar olmasa da, qüvvələrin əsasən Küveytə yerləşdiriləcəyi bildirilir. ABŞ Müdafiə naziri Mark Esper bundan əvvəl 82-ci Hava Hücum Diviziyasından Küveytə 750 hərbçinin yerləşdiriləcəyini elan etmişdi.

Bu göndərmə ilə isə bütün 82-ci diviziya Yaxın Şərqə göndərilmiş olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey