Tbilisinin mərkəzində etiraz aksiyası zamanı polislə qarşıdurma baş verib

Tbilisinin mərkəzi Çavçavadze prospektində əmək hüquqlarının müdafiə olunması tələbi ilə keçirilən askiyada polislə qarşıdurma baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya iştirakçıları prospektdəki avtomobil yolunun ikinci hissəsini də bağlamağa cəhd ediblər.

Polis əməkdaşları onların bu cəhdinin qarşısını alıb. Nəticədə bir neçə şəxs saxlanılıb.

Gürcüstan ombudsmanı Nino Lomcaria aksiya keçirilən əraziyə gəlib. O, aksiya zamanı 4 nəfərin saxlanıldığını bildirib. Xalq müdafiəçisi deyib ki, həmin şəxslər polisə tabe olmadıqlarına görə saxlanılıblar.

Tbilisi meri Kaxa Kaladze aksiya iştirakçıları ilə işgüzar şəraitdə görüşməyə hazır olduğunu bildirib. Nümayişçilər isə görüş üçün K.Kaladzedən aksiya keçirilən əraziyə gəlməsini tələb ediblər.

Aksiya iştirakçıları Tbilisi merinin yaşadığı evə qədər yürüş etmək barədə qərar qəbul ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey