Tbilisidə yaşayış binasında baş vermiş partlayışda xəsarət alanların sayı 8 nəfərə çatıb

Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışda xəsarət alanların sayı 8 nəfərə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko bildirib.

Onun sözlərinə görə, xəsarət alan şəxslərin vəziyyəti orta ağırdır: “Yaralıların ikisinin tənəffüs yolları yanıb. Digər yaralananlar isə müxtəlif xəstəxanalara yerləşdirilib. Həkimlər onların həyatlarını xilas etmək üçün əllərindən gələni edirlər”.

Partlayış nəticəsində xəsarət alanlar arasında 7 aylıq uşağın da olduğu bildirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey