Gürcüstandan Türkiyəyə xilasedici qrup yola düşüb
Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar xilasetmə tədbirlərində iştirak etmək üçün 60 nəfər xilasedici müvafiq texnika ilə birgə yola düşüb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Türkiyədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Baş nazir İrakli Qaribaşvilinin qərarı ilə Gürcüstan Fövqəladə Halların İdarəetməsi Xidmətinin əməkdaşlarından ibarət qrup müvafiq avadanlıqlarla birlikdə Türkiyəyə yola salınıb.
Qeyd olunub ki, yanğınsöndürənlər və xilasedicilərdən ibarət qrupun axtarış-xilasetmə fəaliyyətlərinə şəxsən Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidmətinin rəisi Teymuraz Mğebrişvili rəhbərlik edəcək.