Danimarkanın baş naziri: Avropanın yenidən silahlanması üçün vaxtı tükənir

Danimarkanın Baş naziri Mette Frederiksen Avropanın təhlükəsizliyi ilə bağlı mühüm bəyanatla çıxış edib. O bildirib ki, Avropa İttifaqı 2030-cu ilədək yenidən silahlanma prosesini həyata keçirməlidir və bu istiqamətdə vaxt getdikcə azalır.

“Biz Avropanın 2030-cu ildən gec olmayaraq yenidən silahlanmasını ümumi strateji hədəf kimi müəyyən etmişik. Bu məsələ Ağ Kitabda da aydın şəkildə öz əksini tapıb. Açıq deməliyik ki, artıq vaxt məhdudiyyətimiz var”, – deyə Mette Frederiksen vurğulayıb.

Baş nazir həmçinin qeyd edib ki, Danimarka 2025-ci il iyulun 1-dən etibarən Avropa İttifaqı Şurasına sədrlik edəcək və bu dövrdə müdafiə və təhlükəsizlik məsələləri, xüsusən də yenidən silahlanma, ölkənin əsas prioritetlərindən biri olacaq.

“Bu məqsədə nail olmaq üçün Avropada hərbi sənaye potensialını bərpa etməliyik. Burada Almaniyanın rolu xüsusilə vacib olacaq. Biz daha çox və daha sürətli istehsal imkanlarını təmin etməliyik”, – deyə Frederiksen əlavə edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey