Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Gürcüstana rəsmi səfəri başlayıb.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Ararat Mirzoyan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşəcək. Tərəflər strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və regional əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Görüşün ardından iki ölkənin XİN rəhbərləri mətbuat üçün bəyanatla çıxış edəcəklər.
Səfər proqramına Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze və Parlamentin sədri Şalva Papuaşvili ilə görüşlər də daxildir. Ararat Mirzoyan həmçinin Gürcüstanın birliyi uğrunda həlak olan qəhrəmanların xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoyacaq.
