Gürcüstanda şəhid olan Türkiyə hərbiçilərinin Ankarada vida mərasimi keçirilir
Gürcüstanda qəzaya uğrayan C-130 tipli hərbi nəqliyyat təyyarəsində şəhid olan 20 türk hərbçisinin Ankaradakı Mürted Hava Bazasında vida mərasimi keçirilir.
“Dalğatv”- nin məlumatına görə, mərasimdə şəhidlərin ailələri və yaxınları, dövlət rəsmiləri və Türkiyə Silahlı Qüvvələrinin rəhbər heyəti iştirak edir. Şəhid hərbçilərdən 19-u bu gün dəfn olunacaq, pilot polkovnik-leytenant Gökhan Korkmaz isə şənbə günü İstanbulda torpağa tapşırılacaq.
Xatırladaq ki, noyabrın 11-də Kayseridən Gəncəyə uçan və daha sonra Azərbaycandakı Zəfər Günü tədbirləri çərçivəsində F-16-lara texniki xidmət materialları çatdırmaq üçün havaya qalxan Türkiyəyə məxsus C-130E tipli təyyarə Gürcüstan ərazisində qəzaya uğramış, nəticədə heyətin bütün üzvləri şəhid olmuşdur. Türkiyə Milli Müdafiə Nazirliyi təyyarədə hərbi sursatın daşınmadığını, qəzaya səbəbin araşdırıldığını və texniki xidmətin mütəmadi aparıldığını açıqlamışdır.
