Mamaladze: “Azərbaycan–Gürcüstan münasibətləri Qafqazda sabitliyin əsas dayaqlarından biridir”

Azərbaycan və Gürcüstan arasında münasibətlər yüksək strateji tərəfdaşlıq və inteqrasiya səviyyəsinə çatıb.

Bu barədə Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze Tbilisidə keçirilən “Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masa müzakirəsindən sonra açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, iki ölkə arasında münasibətlərin əsası Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən qoyulub və bu əməkdaşlıq bu gün də inkişaf etdirilir.

Mamaladze tarixi irs, dini abidələr, etnik və sərhəd məsələlərinin siyasi spekulyasiyalardan uzaq, elmi əsaslarla araşdırılmasının vacibliyini vurğulayıb.

“Xalqlarımız arasındakı dostluq və tarixi bağlar dil, din və etnik fərqlərdən daha üstündür. Bölüşdürməli olduğumuz heç nə yoxdur. Bütün məsələlər elmi yanaşma əsasında aydınlaşdırılmalıdır”, – deyə o bildirib.

Politoloq, həmçinin regional sabitliyin möhkəmləndirilməsi və mümkün gərginliklərin qarşısının alınması məqsədilə Qafqaz Əməkdaşlıq Mərkəzinin yaradılmasını təklif edib.

Onun sözlərinə görə, Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı Cənubi Qafqazda sülhün və sabitliyin mühüm təminatlarından biridir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey