Gürcüstan azərbaycanlıları Ermənistanın təxribatları ilə bağlı rəsmi və beynəlxalq qrumlara müraciət ediblər

12-si sentyabr tarixindən 13-nə keçən gecə, Ermənistanın Azərbaycana qarşı törətdiyi genişmiqyaslı təxribatla əlaqədar Gürcüstan azərbaycanlılarının icma təşkilatları, ziyalıları və din xadimləri ölkə hakimiyyətinə və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıblar.

Bununla bağlı icma nümayəndələrinin iştirakı ilə Marneulidə yerləşən “Azerbaijan House”də (Ata Holding) görüş baş tutub.

Baş tutan görüşdə erməni silahlı birləşmələrinin 12 sentyabr tarixində törətdiyi təxribatlar nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik skutla yad edildikdən sonra “Azerbaijan House”nin rəhbəri Məhhəbət İmanov çıxış edərək bildirib ki, 60-dan çox təşkilat rəhbəri və ziyalıların imzaladığı bəyanat Gürcüstan Prezidentinə, Baş nazirə, xarici işlər nazirliyinə və ölkəmizdəki beynəlxalq təşkilatlara göndərilib.

Bildirilib ki, bəyanatda dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən Azərbaycan icmasının üzvlərinin Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarına rəsmi İrəvan tərəfindən növbəti zərbə vurulmasından dərin narahatlıq hissi keçirdiyi vurğulanıb, beynəlxalq birlikdən Ermənistanın təcavüzkarlıq siyasətinin qarşısının alınması üçün işğalçı dövlətə qarşı təzyiqlərin gücləndirilməsi istənilib.

Daha sonra tədbirdə parlamentin keçmiş millət vəkilləri Azər Süleymanov, Mahir Dərziyev, Ruslan Hacıyev, Hidayət Hüseynov, həmçinin professor Mahmud Kamaloğlu,GAİM-in icraçı direktoru Orxan Pirverdiyev, din xadimləri Hacı Əziz, Hacı Fariz eləcə də şairə Səadət Buta və Fatma Aslan çıxış edərək Ermənistanın regionumuzda apardığı desturuktiv fikirlər və addımları pislənilib, Azərbaycan Respublikasının təklif etdiyi sülh prosesindən yayındıqları bildirilib.
Qeyd olunub ki, Ermənistanın nizamlama prosesini müxtəlif bəhanələrlə ləngitməsi və erməni silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmaması Ermənistanın sülh prosesində maraqlı olmadığını və prosesə zərbə vurulması məqsədlərini nümayiş etdirir.

Qeyd edək ki, tədbirin baş tutduğu “Azerbaijan House”nin foesində erməni silahlı birləşmələrinin 12 sentyabr tarixində törətdiyi təxribatlar nəticəsində həlak olan şəhidlərin xatirəsinə stentlər qurulub, gül dəstələri düzülüb və ehsan süfrəsi açılıb.

Məlumat üçün bildirək ki, bəyanatı aşağıdakı ictimai təşkilatlar imzalayıb:
46. Gürcüstan Azərbaycanlılarının Müəllimlər İttifaqı
47. Ozan İctimai Birliyi
48. Böyük Birlik Təşkilatı
49. “Dostluq Yolu” İctimai Təşkilatı
50. Qarayazı Dirçəliş İttifaqı
51. Darvaz-Mədəni Xeyriyyə Cəmiyyəti
52. Salam Mədəni Xeyriyyə Cəmiyyəti.

Bəyanatı ziyalılar, İctimai və dini xadimlər də imzalayıblar:

1. Şeyx Ramin İgidov
2. İmam Hüseyn Məscidnin Axundu Əziz Nəbiyev
3. İmam Əli Məscidinin Axundu Hacı Hacıyev
4. UNESCO Ümumdünya Rəssamlar İttifaqının və Gürcüstan Rəssamlar İttifaqının üzvü Rizvan İsmayılov
5. Professor Mahmud Kamaloğlu
6. Gürcüstan Parlamentinin keçmiş Deputatı Azər Süleymanov
7. Gürcüstan Parlamentinin keçmiş Deputatı Mahir Dərziyev
8. Gürcüstan Parlamentinin keçmiş Deputatı Ruslan Hacıyev
9. Gürcüstan Parlamentinin keçmiş Deputatı Əli Məmmdəov
10. Gürcüstan Parlamentinin keçmiş Deputatı Hidayət Hüseynov.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey