TƏCİLİ: Tbilisi Beynəlxalq Hava Limanından insanlar təxliyə edilir
Tbilisi Beynəlxalq Hava Limanından insanlar təxliyə edilib və əraziyə heç kim buraxılmır.
Hadisə yerinə çox sayda hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Ehtimallara görə, hava limanında partlayıcı qurğularla bağlı məlumat daxil olub, lakin Daxili İşlər Nazirliyi mövzu ilə bağlı hələlik açıqlama verməyib.