Milyonlarla lari mənimsəyən keçmiş məmur saxlanılıb

Bələdiyyə İnkişaf Fondunun keçmiş icraçı direktoru Davit Tabidze vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə saxlanılıb. Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Məlumata görə, fondun proqram rəhbəri və layihə rəhbəri də eyni ittihamla həbs edilib.

İstintaq müəyyən edib ki, 30 uşaq bağçasının bərpası layihəsi çərçivəsində ayrılmış 9 milyon 365 min 801 lari mənimsənilib, 1 milyon 211 min lari isə qeyri-qanuni yolla leqallaşdırılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, 2023-cü ilin iyulundan 2024-cü ilin mayına qədər “Lagi Capital” MMC-yə əsassız olaraq 11 milyon 218 min 380 lari avans ödənilib.

Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsləri 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey