Türkiyədə güclü zəlzələ baş verib – dağıntılar var
Türkiyənin Balıkesir bölgəsində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Yeraltı təkanlar nəticəsində Balıkesir vilayətində üç binanın dağıldığı bildirilir. Hazırda ölən və yaralananlar barədə rəsmi məlumat yoxdur.
Zəlzələ ilə bağlı açıqlama verən professor Şener Üşümezsoy bildirib ki, bölgədə yaxın zamanda daha güclü təkanların baş verməsi ehtimalı yoxdur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı “X” sosial şəbəkəsində paylaşım edib. Dövlət başçısı zəlzələdən zərərçəkən vətəndaşlara keçmiş olsun arzularını çatdırıb.
“Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) başda olmaqla bütün qurumlarımız ərazidə araşdırma və nəzarət tədbirlərini diqqətlə həyata keçirirlər. Prosesi yaxından izləyirik. Allah ölkəmizi və millətimizi hər cür bəladan qorusun,” – Prezident Ərdoğan qeyd edib.
