Azərbaycandan Gürcüstana 2,5 mlrd. kubmetr qaz nəql edilib

Ötən il Gürcüstana 2 501,5 mln. kubmetr həcmində Azərbaycan qazı nəql edilib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2018-ci il üzrə fəaliyyətə dair hesabatında qeyd olunub.

Hesabat ilində Gürcüstana nəql olunan qazın həcmi 2017-ci ilə nisbətən 14%, və ya 306,9 mln. kubmetr artıb.

Gürcüstana 2018-ci ildə nəql olunan qaz həcminin 1 101,8 mln. kubmetri Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə (“Şahdəniz” qazı) nəql edilib. Bu kəmərlə Gürcüstana ötürülən qazın həcmi 2017-ci ildən 286,9 mln. kubmetr və yaxud 35% çoxdur.

Hesabat dövründə 1 399,7 mln. kubmetr qaz isə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Qazıməmməd-Qazax qaz xətti ilə nəql edilib və bu, illik müqayisədə 20 mln. kubmetr və yaxud 1,4% çoxdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey