Ərdoğan: Türkiyə üçün yeni tarixi səhifə açılıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK-nın silahları təhvil verməsi ilə ölkə 47 illik terror bəlasından xilas olmağa başlayıb.

Aktual.ge xəbər verir ki, Ərdoğan bu fikirləri AK Partiyanın 32-ci “Məsləhətləşmə və Dəyərləndirmə” toplantısında səsləndirib. O, iyulun 11-də PKK tərəfdarlarının İraqın şimalındakı Süleymaniyə şəhərində silahları təhvil verməsinə toxunaraq qeyd edib ki, bu hadisə “Terrorsuz Türkiyə” yolunda atılan mühüm addımdır.

Prezident vurğulayıb ki, 15 iyul çevriliş cəhdindən sonra terrorla mübarizədə yeni mexanizm qurulub və Dövlət Baxçalı ilə birgə bu istiqamətdə ciddi addımlar atılıb.

“Bu gündən etibarən Türkiyə üçün yeni tarixi səhifə açılıb, yeni yüzilliyin qapıları aralanıb,” – deyə Ərdoğan bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey