Almaniyanın Kansleri parlamentdəki ilk hökumət bəyanatında ölkə ictimaiyyətinə birlik və həmrəyliklə bağlı çağırış edib

Almaniyanın yeni Kansleri Fridrix Merts parlamentdəki ilk hökumət bəyanatında ölkə vətəndaşlarını birlik və həmrəyliyə çağırıb. “Dalğatv”  “AZƏRTAC” a istinadən xəbər verir ki, o, Bundestaq çıxışında hökumətin əsas prioritetlərini rifah, təhlükəsizlik və ictimai birlik istiqamətlərində ümumiləşdirib.

Kansler iqtisadi dirçəlişin daxili imkanlarla təmin olunacağını, vergi yüngülləşmələri, infrastruktur yatırımları və bürokratik maneələrin azaldılması ilə dəstəklənəcəyini bildirib. O, Almaniya ordusunun Avropanın ən güclü silahlı qüvvələrindən birinə çevriləcəyini və miqrasiya siyasətində ciddi nəzarətin tətbiq olunacağını vurğulayıb.

Fridrix Merts minimum əməkhaqqının 2026-cı ilə qədər 15 avroya yüksələ biləcəyini qeyd edib. Kansler həmçinin kredit siyasətində ehtiyatlılığın və infrastruktur layihələrinin uzunmüddətli faydasının vacibliyinə diqqət çəkib. O, Ukraynaya dəstəyin davam edəcəyini və transatlantik həmrəyliyin qorunması üçün səylərin artırılacağını bəyan edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey