UEFA avrokubokları dayandırdı

UEFA Çempionlar Liqası və Avropa Liqasının oyunlarını dayandırıb.
Gələn həftəyə nəzərdə tutulan bütün oyunlar təxirə salınıb.

Buraya martın 17-18-nə planlaşdırılan ÇL-in 1/4 final mərhələsinin “Mançester Siti” (İngiltərə) – “Real Madrid” (İspaniya), “Yuventus” (İtaliya) – “Lion” (Fransa) görüşləri, AL-in 1/8 final mərhələsinin martın 19-da keçirilməli olan cavab qarşılaşmaları, UEFA Gənclər Liqasının 1/4 final mərhələsinin bütün qarşılaşmaları daxildir.

Matçların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi bildirilib.

Bundan başqa, martın 20-nə planlaşdırılan Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi də təxirə salınıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey