Salome Zurabişvili: Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir.”- bu sözləri Gürcüstan prezidenti Salome Zurabişvili xüsusi müxbirimiz Şahismayıl Şəmmədoğluna verdiyi ekskluziv müsahibəsində deyib

“TANAP layihəsi təqdirəlayiq bir layihədir və hər üç ölkə Gürcüstan, Azərbaycan, və Türkiyə üçün çox böyük əhəmiyyət daşıyır. Bu layihə iqdisadiyyatın inkişafına gedən ən uğurlu yoldur.
Azərbaycan qazının Gürcüstan ərazisindən keçərək tranzit olaraq Türkiyədən Avropaya ötürülməsi tək bizim üçün yox , həmçinin, avropalılar üçün də önəmlidir. Layihənin 2020-ci ildə artıq işə başlaması planlaşdırılıb. TANAP sadəcə iqdisadiyyatımız üçün yox, həmçinin, regionda təhlükəsizliyimiz üçün də böyük rol oynayan bir layihədir.
Bir daha qeyd etmək istəyirəm ki, bu layihə tək bizim üçün yox həmçinin bütün region üçün böyük əhəmiyyət kəsb edir. Biz hər zaman deyirik ki, istər Gürcüstanın, istərsə də bütün Qafqaz ölkələrinin məqsədi Avropaya yaxınlaşmaqdır və bu layihənin reallaşması regionun Avropaya yaxınlaşması deməkdir. Əlbəttə Gürcüstan bu yeni layihə ilə öz üzərinə düşən payla öz enerji təhlükəsizliyini gücləndirəcək və ölkəmiz 1 milyard kubmetrə qədər pay alacaq. Bu da Gürcüstan iqdisadiyyatı üçün çox önəmlidir.
Hər kəsə aydındır ki, bu layihənin gerçəkləşib həyata keçirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir. Ümumiyyətlə tək TANAP layihəsi deyil, son zamanlar Azərbaycan və Gürcüstanın Türkiyə ilə bir çox layihələrin reallaşması, məhz Azərbaycan enerji resurslarının Gürcüstan üzərindən Avropaya nəqli ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir.”


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey