Azərbaycanla Gürcüstan şəhərlərinin qardaşlaşması haqqında memorandumlar imzalanıb

Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda səfərdə olan Gürcüstanın Kvemo Kartli regionunun qubernatoru Giorgi Doxturişvili ilə görüşüb.

Bu barədə Mikayıl Cabbarov özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Kvemo Kartli regionunun qubernatoru ilə iki ölkə arasında uğurlu əməkdaşlığın iqtisadi və ticarət əlaqələrin inkişafına faydaları və perspektivlər barədə fikir mübadiləsi aparılıb:
“Giorgi Doxturişvilinin ölkəmizə səfəri çərçivəsində Şəmkir-Marneuli, Ağstafa-Qardabani, Göygöl-Bolnisi və Daşkəsən-Dmanisi şəhərləri arasında imzalanmış qardaşlaşma haqqında anlaşma memorandumları əlaqələrimizin möhkəmləndirilməsi və inkişafına mühüm töhfədir”, – deyə M. Cabbarov qeyd edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey