Gürcüstanda son iki gündə 14 nəfər saxlanılıb – DİN

Son iki gün ərzində keçirilən aksiyalar zamanı toplantı və mitinq qaydalarının pozulmasına görə 14 nəfər saxlanılıb.

Bu barədə Tbilisi Polis Departamentinin rəisi Vaja Siradze məlumat verib. Onun sözlərinə görə, saxlanılan şəxslərdən biri Psixi Sağlamlıq və Narkomaniya Profilaktikası Mərkəzinə yerləşdirilib və məcburi müalicə kursu keçəcək.

“Son iki gün ərzində toplantı və mitinq qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən 14 nəfər saxlanılıb. Onlardan biri Psixi Sağlamlıq və Narkomaniya Profilaktikası Mərkəzinə yerləşdirilib və burada məcburi müalicə alacaq. Həmin şəxsin kimliyinə dair məlumat açıqlamırıq,” – deyə Vaja Siradze bildirib.

Departament rəisinin sözlərinə görə, son üç gün ərzində aksiya iştirakçıları tərəfindən ümumilikdə 53 qanun pozuntusu qeydə alınıb. Onlardan 42 nəfər hüquq pozucusu kimi tanınıb, bir qismi artıq saxlanılıb, digərləri barədə isə inzibati icraat davam edir.

“Daxili İşlər Nazirliyi tərəfindən son üç gün ərzində aksiya iştirakçıları arasında 53 qanun pozuntusu aşkar edilib. Onlardan 42-si hüquq pozucusu kimi müəyyən olunub. Saxlanılan şəxslər barəsində inzibati icraat aparılır və yaxın günlərdə onların işlərinə məhkəmədə baxılacaq,” – deyə Siradze əlavə edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey