Qadın futbolçulardan ibarət Azərbaycan yığması Millətlər Liqasında Litvaya qalib gəlib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv C Liqasının IV qrupunda Litva yığmasını səfərdə 2:0 hesabı ilə məğlub edib.

Vilnüsdə yerləşən “Jalgiris” stadionunda baş tutan qarşılaşmada millimizin qollarını Manya Esra (21-ci dəqiqə) və Nigar Mirzəliyeva (55-ci dəqiqə) vurublar.

Xatırladaq ki, Azərbaycan yığması növbəti oyununu aprelin 8-də səfərdə Monteneqroya qarşı keçirəcək. Bu komandalar arasında Bakıda keçirilmiş ilk qarşılaşma qolsuz heç-heçə ilə başa çatmışdı. Monteneqro isə Litva üzərində 3:1 hesablı qələbə qazanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey