Ölkə prezidenti səsvermə hüququndan istifadə etdi
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir.
Səsvermə hüququndan istifadə edənlər arasında ölkə prezidenti Salome Zurabişvili də var.
O səs vermə zamanı ölkə vətəndaşlarını bu gün münasibəti ilə təbrik edib:
“Hər kəsi bu gün münasibəti ilə təbrik etmək istəyirəm. Çox önəmli bir gündür. Hər bir vətəndaş kimi mən də sakit şəkildə səsvermə hüququmdan istifadə etdim. Biz bu gün hər birimizin xəyal etdiyi ölkəni qurmaq üçün səs veririk. Gürcüstan demokratik Avropa ölkəsidir və bu gün bu istiqamətdə daha bir addım atırıq”, – deyə prezident bildirib.
Məlumat üçün qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. 60-dan artıq siyasi partiya və seçki bloku 30 majoritar, 120 proporsional mandat uğrunda mübarizə aparır.