İlham Əliyev İrakli Qaribaşvilinin Gürcüstana səfər dəvətini qəbul edib

“Gürcüstan və Azərbaycan arasında faydalı əməkdaşlığın uzun tarixi var”.

Bu sözləri ölkənin baş naziri İrakli Qaribaşvili Bakıda gürcü jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə regiondakı vəziyyət və təhlükəsizlik məsələlərinin də müzakirə olunduğunu bildirib.

İ.Qaribaşvili İlham Əliyevə etdiyi təklifi qəbul etdiyini bildirib:

“İlham Əliyev bir neçə ildir Gürcüstana səfər etmir. Mən onu ölkəmizə dəvət etdim. O, Tbilisiyə səfər edəcəyinə söz verdi”, – deyə İ. Qaribaşvili bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey