XİN: Avropa İttifaqı Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişafına cəlb olunacaq
Rumıniyanın Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin iştirakçısı olması çox vacibdir və bu, Avropa İttifaqının bu dəhlizə cəlb olunmasına imkan verəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirliyin açıqlamasında qeyd olunub ki, Gürcüstanın regional loqistika mərkəzi kimi gücləndirilməsi hökumətin əsas prioritet istiqamətlərindən biridir: “Bunun üçün Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb sürət magistralı, Lapiz-Lazuli, Anaklia dərin dəniz limanının inşası, Fars körfəzi-Qara dəniz dəhlizi, Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi və digər mühüm layihələr mövcuddur”.
Qeyd edək ki, bu gün Buxarest şəhərində Azərbaycan, Gürcüstan, Rumıniya, və Türkmənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək. Dördtərəfli görüşdə Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin inkişaf perspektivləri müzakirə olunacaq.
Tərəflər arasında birgə bəyannamənin imzalanacağı gözlənilir. Sənəddə bölgədə yeni nəqliyyat dəhlizlərinin inkişafı üçün dörd ölkənin siyasi iradəsi öz əksini tapacaq.