Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi üzrə Anlaşma Memorandumu imzalanıb

Bakıda Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində keçirilən nazirlərin 2-ci iclasında təsdiqlənib. Görüşdə regional enerji təhlükəsizliyi, bərpa olunan enerji resurslarının nəqli və yeni yaşıl enerji interkonnektorunun əhəmiyyəti müzakirə olunub. Tərəflər gələcəkdə birgə investisiya layihələri, enerji infrastrukturu inkişafı və ENTSO-E sisteminə inteqrasiya istiqamətində əməkdaşlığı hədəfləyirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey