Baş nazirdən gözlənilməz açıqlama: “Məhdudiyyətləri qaytarmaq məcburiyyətində qala bilərik”
“Vəziyyət daha da pisləşərsə, yenidən məhdudiyyətləri qaytarmaq məcburiyyətində qala bilərik”.
Bu barədə Baş nazir İrakli Qaribaşvili hökumətin bu gün keçirilən iclansında bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlərin geri qaytarılmasının qarşısını almaq üçün elementar tələblərə riayət edilməlidir:
“Əhaliyə bir daha müraciət edirəm ki, maska taxmaq lazımdır və hamımız birlikdə bu məsələyə qayğı göstərməliyik. Bildiyiniz kimi, məhdudiyyətləri asanlaşdırdıq. Bütün bu tədbirlər iqtisadiyyatı mümkün qədər tez bərpa etmək və açmaq məqsədi daşıyırdı. Digər tərəfdən unutmayın ki, vəziyyət daha da pisləşsə, yenidən müəyyən məhdudiyyətləri qaytarmaq məcburiyyətində qala bilərik. Bunun qarşısını almaq üçün elementar tələblərə riayət etməliyik”, – deyə Qaribaşvili bildirib.