Çavuşoğlu Gürcüstanın XİN başçısı Zalkaliani ilə görüşüb

Türkiyədə səfərdə olan xarici işlər naziri David Zalkaliani və Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu arasında təkbətək görüş keçirilib.

Bu barədə D.Zalkaliani twitter hesabında yazıb.

O, səmimi qəbula görə dost və həmkarı M.Çavuşoğluya minnətdarlığını bildirib.

XİN başçısı görüşdə ikitərəfli əməkdaşlıq və ölkələr arasında dostluq və strateji tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu qeyd edib.

Görüşdə həmçinin o da qeyd olunub ki, Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşü ən qısa zamanda reallaşdırılacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey