Müxalifət partiyaları aksiyalarla bağlı yeni qərar verdi…

“Müxalifət üzvləri etiraz aksiyalarının formatında və zamanında dəyişiklik etmək qərarına gəldi”.

“Dalğa tv”, “24News.ge” saytına istinadən xəbər verir ki, bu barədə “Vahid Milli Hərəkat” partiyasının üzvü Tina Bokuçava, müxalifətin bu gün keçirdiyi iclasdan sonra açıqlama verib.

Onun sözlərinə görə, sabahkı aksiyanın formatı dəyişdirilir, 13 martda keçiriləcək aksiya isə təxirə salınır:

“Etirazların forması dəyişdiriləcək ki, Qaribaşvili və İvanişvili prezident Mişelin şəxsi vasitəçiliyi ilə başladığı danışıqları pozmaq üçün etirazları bəhanə etməsinlər. Bu səbəbdən sabah Hökumət evinin piket olunması aksiyasını dəyişdirdik və sadəcə saat 13:00-da avtomobil konvoyu ilə Respublika meydanından başlayaraq Nikanın saxlanıldığı həbsxanaya yürüş edəcəyik. Həmçinin 13 marta təyin olunan genişmiqyaslı etiraz aksiyasını da təxirə salaraq, 20 marta təyin etdik”, – deyə Bokuçava bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey