Qarabağa gedən gürcü jurnalist danışdı: “Müharibənin izləri, dağıdılmış evlər bizi çox təsirləndirdi”

“Biz Ağdamı, Füzulini, Cəbrayılı dağıdılmış gördük. Müharibənin izləri, dağıdılmış evlər bizi çox təsirləndirdi. Bu görüntüləri izləmək çox çətindir”.

Bu sözləri müsahibəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən Gürcüstanın İmedi kanalının jurnalisti Tamar Merabişvili deyib.

Jurnalist bildirib ki, 30 ilə yaxın müddətdə baxımsız qalmış, dağıdılmış qəbiristanlıqlar onu daha çox təsirləndirib:

“Səfər zamanı qəbiristanlıqları da gördüm. Çox təsirləndim. Çünki 30 ilə yaxındır bu məzarlar ziyarət edilmir. Bir jurnalist kimi istəyirəm insanlar evlərinin dağıntılarını, qohumlarının qəbirlərini tapıb ziyarət edəndə bu anları görüm, onlarla söhbət edim, gözlərinə baxım, duyğularını paylaşım, bu haqda reportaj hazırlayım”, – deyə o bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gürcü jurnalistlər və ekspertlərin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə səfəri təşkil edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey