Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı-Tbilisi ultramarafonu başa çatıb

Mayın 5-də Bakıda Dövlət Bayrağı Meydanından start götürən və Azərbaycanın ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş ultramarafon Tbilisidə başa çatıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, marafonçu Yadigar Hüseynov ultramarafonda, ümumilikdə, 544 km yol qət edib.

Y.Hüseynov marafonu Tbilisidə Heydər Əliyev adına parkda başa çatdırıb. Marafonçu ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub.

Marafonçunu parkda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Y.Hüseynov jurnalistlərə bildirib ki, estafeti gənc nəsillərə verir və onlar ulu öndərin xatirəsini yaşatmalıdırlar: “Marafon boyu stresli və əziyyətli günlər yaşanıb, amma gözəl komanda ilə marafonu başa çatdırdıq”.

O, marafona dəstək verən hər kəsə təşəkkürünü bildirib.

Ultramarafon Heydər Əliyev Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilib. Marafon həmçinin Azərbaycan və Gürcüstan arasındakı dostluq və qardaşlıq münasibətlərinə həsr olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey