Gürcüstanın dövlət və hökumət başçıları Marneulidə Novruz şənliyində iştirak ediblər

Martın 21-də Gürcüstanın Marneuli rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd olunub. Tədbirdə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlamentin sədri Şalva Papuaşvili, dövlət rəsmiləri, Azərbaycanın və Türkiyənin Gürcüstandakı səfirləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bayram şənliyi çərçivəsində Marneulidə təşkil olunan guşələr ziyarət edilib, idman yarışları izlənilib və qaliblər mükafatlandırılıb. Daha sonra Gürcüstanın dövlət və hökumət nümayəndələri Novruz tonqalını alovlandırıblar.

Tədbiri açan Marneuli meri Kənan Ömərov iştirakçıları salamlayıb. Prezident Mixeil Kavelaşvili çıxışında Novruzun yeni həyatın başlanğıcı olduğunu vurğulayaraq, ölkədə müxtəlif mədəniyyətlərin birlikdə yaşamasının əhəmiyyətindən danışıb. O, Gürcüstanın inkişafı üçün hər kəsin yanında olacağını bildirib.

Baş nazir İrakli Kobaxidze Novruzun yenilənmə və xeyirxahlıq bayramı olduğunu qeyd edərək, Gürcüstanın xristian və müsəlman icmaları arasındakı dostluq əlaqələrindən danışıb. O, bayramı qeyd edən insanlara sülh və firavanlıq arzulayıb.

Digər rəsmi şəxslər də Gürcüstanın azərbaycanlı icmasını bayram münasibətilə təbrik edərək, onlara sağlamlıq və rifah diləyiblər. Şənlik konsert proqramı ilə davam edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey