ABŞ senatorları və Tramp Süleymaniyə görə qarşı-qarşıya – Regionda genişmiqyaslı müharibə təlaşı
Qasım Süleymaninin öldürülməsi ABŞ Konqresində müzakirələrə səbəb olub.
“Euronews”un xəbərinə görə, demokrat senatorlar bu qərarı verməzdən əvvəl Konqreslə müzakirə aparmadığı üçün Tramp administrasiyasını tənqid ediblər.
Senator Kris Mörfi bildirib ki, general Süleymaninin ABŞ-ın düşməni olduğu hər kəsə bəlli idi:
“ABŞ Konqresin icazəsi olmadan İranın ikinci ən güclü adamına qarşı sui-qəsd təşkil etməklə regionda böyük miqyasda müharibəyə səbəb olacaq? Bizim ümumi olaraq xarici siyasi fiqurları öldürməməyimizdə məqsəd bunun daha çox amerikalının ölməsinə səbəb olacağına inanmağımızdır”.
Digər senator Riçard Blumenthal qeyd edib ki, Tramp bu hücumla bağlı Konqresə və Amerika xalqına açıqlama verməlidir.
Senator Tom Udal isə bildirib ki, “İran ilə qeyri-qanuni müharibənin qarşısını almaq üçün Konqres təcili toplanmalı və bununla bağlı qanun qəbul etməlidir”.