İranda Süleymaninin ölümünə görə əhali ayağa qalxdı
İranın Qum şəhərində əhali ayağa qalxıb.
Bu barədə “Mehr” Agentliyi xəbər yayıb.
Bildirilir ki, İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymanin öldürülməsinə görə insanlar etiraz aksiyasına başlayıb.
Bununla onlar ABŞ-ı qınadıqlarını göstəriblər.