Böyük Britaniya İsraillə azad ticarət sazişi üzrə danışıqları dayandırıb

Böyük Britaniya İsrail dövləti ilə yeni azad ticarət sazişi üzrə aparılan danışıqları dayandırıb. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri David Lammi parlamentdəki çıxışı zamanı məlumat verib.

Nazir bildirib ki, “Biz İsrail hökuməti ilə yeni azad ticarət sazişi üzrə danışıqları dayandırmışıq. Eyni zamanda, 2030-cu il üçün nəzərdə tutulan ikitərəfli yol xəritəsi çərçivəsində əməkdaşlığı da yenidən qiymətləndirəcəyik. Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin atdığı addımlar bizi bu qərarı verməyə məcbur edib”.

Qeyd olunub ki, Böyük Britaniya İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatları qəbuledilməz hesab edir. Bu səbəbdən İsrailin Londondakı səfiri Tzipi Hotoveli Böyük Britaniya Xarici İşlər Nazirliyinə dəvət olunub.

Böyük Britaniyanın Baş naziri Kir Starmer də İsrailin hərbi əməliyyatlarının miqyasının kəskin şəkildə artmasından dərin narahatlıq ifadə edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey