İrəvan–Batumi–İrəvan sərnişin qatarı fəaliyyətə başlayır

İrəvan–Batumi–İrəvan istiqamətində beynəlxalq sərnişin qatarının hərəkəti bu il iyunun 14-dən etibarən bərpa olunacaq. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, yeni marşrutun fəaliyyətə başlaması ilə bağlı qərar  mayın 20-də keçirilmiş görüş zamanı “South Caucasus Railways” və Gürcüstan Dəmir Yolları nümayəndələri arasında əldə edilmiş razılaşma əsasında qəbul olunub.

Qatar İrəvandan ayın cüt tarixlərində, Batumidən isə tək tarixlərdə yola düşəcək. Marşrut üzrə ümumi səyahət müddəti 16 saat təşkil edir.

Bildirilib ki, bu dəmir yolu xətti əsasən turizm məqsədilə fəaliyyət göstərəcək və 14 iyun – 2 oktyabr tarixləri arasında işləyəcək. Bu müddət ərzində İrəvan–Tbilisi marşrutu üzrə sərnişin daşımaları müvəqqəti olaraq dayandırılacaq.

İrəvan–Batumi–İrəvan beynəlxalq sərnişin qatarı müasir tələblərə cavab verən kupelər və yataq yerləri ilə təchiz olunmuş üç növ vaqondan ibarət olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey