Macarıstan Rusiyadan neft və qaz tədarükünü davam etdiriləcəyinə dair zəmanət alıb

Macarıstan Rusiyadan təminat alıb ki, bundan sonra da enerji resurslarını tədarük edəcək və bunun üçün lazımi hüquqi şəraiti təmin olunacaq.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Rusiya Baş nazirinin müavini Aleksandr Novakla telefon danışığından sonra bildirib.

“Biz Macarıstan-Rusiya enerji əməkdaşlığının vəziyyətini nəzərdən keçirdik və belə qənaətə gəldik ki, Rusiyadan neft və qaz Macarıstana maneəsiz daxil olmaqda davam edir”, – XİN rəhbəri feysbukdakı hesabında yazıb. O, buna görə həmsöhbətinə təşəkkür etdiyini vurğulayıb.

“Aleksandr Novak təsdiqlədi ki, Rusiya bizə lazım olan enerji təchizatı və maneəsiz tədarükü üçün qanuni şərtlərlə təminatına davam edəcək”, – Siyarto bildirib.

O əlavə edib ki, Avropa – əsasən öz təqsiri üzündən daimi enerji böhranları ilə üzləşir. “Lakin belə qeyri-müəyyən şəraitdə də biz ölkəmizin enerji təchizatının təhlükəsizliyinə zəmanət veririk. Rusiya bunda əsas rol oynamalıdır – hətta siyasi səbəblərə görə deyil, coğrafi səbəblərə görə”, – nazir vurğulayıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey