Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini ötüb

Martın 28-də Myanmada baş verən güclü zəlzələ nəticəsində 3 mindən çox insan həyatını itirib.

Son məlumata görə, 3 003 nəfər ölüb, 4 515 nəfər yaralanıb, 351 nəfər isə itkin düşüb. Əvvəlki hesabatlarda ölənlərin sayının 2,8 min olduğu bildirilirdi.

Cənub-Şərqi Asiyada baş verən bu zəlzələnin maqnitudasının 7,7-7,9 arasında olduğu qeyd edilir. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin episentri Mandalay şəhərindən təxminən 17,2 km aralıda, 10 km dərinlikdə yerləşib. Bundan sonra 6,4 maqnitudalı ikinci zəlzələ də qeydə alınıb.

Myanmada bir həftəlik milli matəm elan edilib və dövlət bayrağı aprelin 6-dək yarıya qədər endirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey