Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb: iki Azərbaycan vətəndaşı həlak olub

Qara dənizdə heyətində Azərbaycan vətəndaşlarının da olduğu “TEDY” adlı xarici yük gəmisi sentyabrın 9-da dron hücumuna məruz qalıb.

Dalğatv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olub, İmran Novruzov və Rauf Əliyev isə xəsarət alıblar. Yaralılar Ukraynanın Çernomorsk şəhər xəstəxanasına yerləşdiriliblər.

“Hazırda məsələ ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir. Yaralı vətəndaşlarımızın tibbi müayinəsi və müalicəsindən sonra onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi, habelə cənazələrlə bağlı prosedurların həyata keçirilməsi istiqamətində tədbirlər görülür”, – deyə XİN-in məlumatında qeyd olunub.

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan, eləcə də bu marşrutlar üzrə hərəkət edən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə işləməkdən çəkinməyə çağırıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GeorgiaAzerbaijanRussiaTurkey