“Binə” ticarət mərkəzində yanğın olub — 4 nəfər tüstüdən zəhərlənib
Oktyabrın 8-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Binə bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.
dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Saat 00:46-da ilk yanğın avtomobili hadisə yerinə çatıb. “3 saylı çağırış” elan edilib.
Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub.
Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.
Yanğınla bağlı Səhiyyə Nazirliyi də “Binə” ticarət mərkəzində baş verən məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, yanğın barədə Təcili Tibbi Yardıma çağırış saat 1:10-da daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadasının həkimlərinə tüstüdən boğulma ehtimalı ilə 4 kişi müraciət edib.
Onlardan üçünə yerində yardım göstərilib, bir nəfər isə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb.